
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Vazgen Sarkisyan adına Hərbi Akademiyada ER Müdafiə nazirliyi və ABŞ Müdafiə nazirliyinin təhlükəsizlik İdarəetmə İnstitutunun birgə təşkil etdiyi “Qadınların Silahlı qüvvələrə inteqrasiyası” seminarında iştirak edib. Bu haqda ABŞ səfirliyi məlumatlandırıb.
İyulun 21-26-da davam edəcək seminar çərçivəsində daha çox qadının ER Silahlı qüvvələrinə qoşulmasına və işlə təmin olunmasına imkan verəcək birgə qayda və prosedurların hazırlanması planlaşdırılır.







