
2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatların başlaması ilə 2024-cü ilin birinci yarısının sonuna qədər 57 ölkədən 494 şirkət Rusiya ilə əlaqələrinə görə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qalıb.
Bu haqda “Vedomost”a Rusiya Beynəlxalq Əlaqələr Şurasının direktoru İvan Timofeyev məlumat verib. Əsas səbəb elektronika və sənaye mallarının tədarükü, eləcə də onsuz da sanksiyalar altında olan insanlara onlardan yayınmağa kömək etməkdir.







