BaşlıcaSiyasət

Makron Pezeşkianı İsrail və Livan arasında vəziyyətin gərginləşməsinin qarşısını almağa çağırıb

Fransa Prezidenti Emmanuel Makron telefon danışığında İran Prezidenti Məsud Pezeşkianı Livan və İsrail arasında vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün səy göstərməyə çağırıb, Agence France-Presse (AFP) Yelisey sarayına istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Makron “regionda yeni müharibənin dağıdıcı nəticələri ola biləcəyini” deyib.

Bundan əlavə, Fransa lideri “İranın narahatedici nüvə proqramı”na diqqət çəkib və diplomatik həllə çağırıb.Bu haqda  AFP məlumatlandırıb.

“Politico” qəzetinin Amerika kəşfiyyat məlumatlarına əsaslanaraq yazdığı kimi, bu müddət ərzində Qəzza zolağında atəşkəslə bağlı razılıq əldə olunmasa, İsrail və Hizbullah arasında genişmiqyaslı qarşıdurma yaxın həftələrdə başlaya bilər.

Qeyd olunur ki, hər iki tərəf dəfələrlə münaqişənin müharibəyə çevrilməsini istəmədiklərini açıq şəkildə bəyan ediblər, lakin ABŞ Prezident administrasiyasının yüksək rütbəli rəsmiləri Livanda onun qarşısını almaq cəhdlərinə baxmayaraq, gərgin döyüşlərin başlayacağına inanırlar.

Bununla belə, Politico qeyd edir ki, bəzi Avropa ölkələrinin kəşfiyyat xidmətləri bir neçə gün ərzində İsrail və Hizbullah arasında genişmiqyaslı müharibənin başlaya biləcəyinə inanır.

Daha çox göstər
Back to top button