
Türkiyə Respublikası bu ölkə ilə Azərbaycan arasında münasibətlərin normallaşacağı təqdirdə qonşu Ermənistanla sərhədi aça bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenarimizi hazırlamalıyıq və bu istiqamətdə işlər aparılır.
Əgər nizamlanma prosesi başa çatarsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddə qapılarımızı aça bilərik”, – türkiyəli nazir “Sabah” qəzetinə deyib.







