
ABŞ-ın vitse-prezidenti Kamala Harris avqustun 6-da Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən mitinqdə seçkiqabağı təşviqat üçün namizədini təqdim edəcək. Bu barədə “Reuters” iki anonim mənbəyə istinadən məlumat yayıb.
Onlar bildiriblər ki, yer seçimi Harrisin qarşıdan gələn seçkilərdə namizəd yoldaşının böyük ehtimalla Pensilvaniya qubernatoru Coş Şapiro olacağını göstərir.
Noyabrın 5-də keçiriləcək ABŞ Prezident seçkilərində Respublikaçılar Partiyası ABŞ-ın keçmiş lideri Donald Trampı, Ceyms Devid Vens isə onun vitse-prezidentliyinə namizədi təmsil edəcəklər.
Harrisin tezliklə Demokratlar Partiyasından Prezidentliyə namizəd kimi təsdiqlənəcəyi gözlənilir. Rəsmi olaraq Demokrat Partiyası avqustun 1-5-də bu məsələ ilə bağlı onlayn səsvermə keçirəcəkdir.







