BaşlıcaSiyasət

Rusları “Zvartnots”dan çıxarmaqla ER Rusiyadan suverenliyin mühüm komponentini geri qaytardı: Edqar Arakelyan

Rusiya sərhədçiləri “Zvartnots” hava limanını tərk edirlər. Sputnik Rusiya dövlət mediası bu faktı belə təqdim edib: “On illik qüsursuz xidmətdən sonra gedirlər. Rusiya FTX Ermənistanın müstəqillik əldə etdiyi vaxtdan 32 il ərzində qorunan hava məkanında dövlət sərhədini Ermənistan tərəfinə verib”.

Protokolda deyilir ki, “rusiyalı mütəxəssislər milli kadrların hazırlanmasında da əvəzsiz yardım göstəriblər”.

“Həmişə nəzərə çarpan olmasa da, çox gərəkli işiniz həm Ermənistanın, həm də Rusiyanın təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Əminliklə demək olar ki, sərhəd sizin sayənizdə bağlıdır”, – Rusiya səfirliyinin müşaviri Maksim Seleznyov bildirib.

Vida mərasimində Rusiya FTX-nin ER-dəki Sərhəd Mühafizə İdarəsinin rəhbərliyi və şəxsi heyəti və ER MTX-nin sərhədçiləri iştirak ediblər. Faktor TV-yə müsahibəsində bu vəziyyəti şərh edən “Azad Ermənistan” təşəbbüsünün yaradıcısı Edgar Arakelyan deyir ki, bu, Rusiya siyasətinin iflasa uğramasından və Rusiya faktorunun regiondan çıxarılmasından xəbər verir.

“Rusların “Zvartnots”dan getməsi bir-birini təbrik etmək üçün yaxşı səbəbdir, biz öz hava sərhədini qoruya bilən dövlətik. Bu, vaxtilə Rusiya Federasiyasına verilmiş Ermənistan Respublikasının suverenliyinin mühüm komponentlərinin Ermənistan Respublikasına qaytarılmasıdır.

Təbiidir ki, Ermənistanın hava sərhəddini Ermənistan sərhəd xidməti mühafizə etməlidir. Ruslar ER-İran keçid məntəqəsində dayandığı müdətdə Rusiya Federasiyası ER-in məxfi məlumatlarını Azərbaycana da ötürə bilər.

“Zvartnots”u tərk edəndən sonra ruslar İran sərhədini də tərk etməlidirlər, onların orada qalmaları məntiqsizdir. Rusiya bölgəni tərk edir, “Zvartnots”u tərk edirlər. Ruslara inam sıfırdır, rusların olması Ermənistanın təhlükəsizliyinə, həmçinin Qərblə münasibətlərinə problem yaradır, ona görə də ruslar Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini də tərk etməlidirlər. Biz sərhədlərimizi qorumalıyıq”, – Edgar Arakelyan bildirib.

Daha çox göstər
Back to top button