BaşlıcaBeynəlxalqSiyasət
İsrail-Livan sərhədində gərginlik artır

Israil-Livan sərhədində mümkün eskalasiya fonunda Ermənistan, ABŞ, Kanada, Rusiya və digər ölkələr öz vətəndaşlarını Livan ərazisini tərk etməyə çağırıb.
Bundan əvvəl Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatı İsrailin şimal əraziləri istiqamətində onlarla raket atmışdı.
İyulun 30-da İsrail ordusunun Livanın paytaxtına hava zərbəsi endirməsindən sonra Yaxın Şərqdə gərginlik daha da artıb. TSAHAL bildirib ki, Golan təpələrinə raket hücumuna görə məsul olan Hizbullah komandirlərindən biri hədəfə alınıb.







