BaşlıcaSiyasət

İranlı politoloq: “Tehran Ermənistana hərbi yardım göstərməyə hazır olduğunu bildirib”

İranla Türkiyə-Azərbaycan tandemi arasında qarşıdurma Cənubi Qafqazda da davam edir. Söhbət Bakı və Ankaranın qondarma “Zəngəzur dəhlizi” ilə bağlı iddialarından gedir.

 İran bunu qəbuledilməz hesab edir. Bunu iranlı politoloq Pouya Hossein jurnalist ilə söhbətində deyib.

O, qeyd edib ki, Türkiyə öz təsirini gücləndirməyə çalışır, İran isə Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsi nəticəsində yaranan boşluğu doldurmağa çalışır.

“Tehran regionda təhlükəsizlik problemlərini həll etməyə və Türkiyənin mövqelərini gücləndirməsinə mane olmağa çalışır” – deyə ekspert əlavə edib.

H.Hüseyn qeyd edib ki, Azərbaycan bir neçə ildir İsraildən silah alır və İran bunu görür.

“Bu, İrana qarşı yönəlib və genişmiqyaslı müharibə olarsa, Azərbaycan anti-İran mərkəzlərindən birinə çevrilə bilər. Belə olan halda Azərbaycan da İranın qanuni hədəfinə çevriləcək. İrandan gələn bu siqnallar Türkiyə və İsrailin ciddi təsiri altında olan Azərbaycana yönəlib.

Lakin Azərbaycan prezidenti Əliyev sülh istəmir və regionda gərginlik yaradır. Ermənistan isə öz növbəsində bildirib ki, ekstraterritorial yol təsəvvür edə bilməz.

Ermənistanın yollarına üçüncü dövlətlərin nəzarəti altında olması İran üçün də qəbuledilməzdir. “İran üçüncü ölkələrin Ermənistan ərazisindən keçən yollara nəzarətini qəbul etməməsindən danışanda bu həm Rusiyaya, həm də Qərbə aiddir” – deyə iranlı politoloq əlavə edib.

O, Türkiyə-Azərbaycan tandeminin Ermənistan ərazisinə qarşı hərəkət etmək üçün fürsət gözlədiyinə, buna görə də İranın bütün senariləri masada saxladığına inandığını bildirib.

“İran hər dəfə Ermənistan sərhədlərinə yaxın qoşunların toplanmasına reaksiya verəndə təlimlər keçirir, siqnallar göndərir və xəbərdarlıqlar edir.

İranın Ermənistandakı səfirinin bir qədər əvvəl dediyi kimi, müharibə olacağı təqdirdə İran müqavimət göstərəcək, çünki bu məsələ həm də İran İslam Respublikasının təhlükəsizliyi ilə bağlıdır” – deyərək ekspert qeyd edib.

O,  deyib ki, İran Ermənistana hərbi yardım göstərməyə hazırdır.Lakin hələlik Yerevandan rəsmi cavab almayıb.

“Məncə, üçüncü tərəflər Ermənistanın İranla təhlükəsizlik sahəsində əməkdaşlıq etməməsi üçün ciddi təsir göstərirlər. Bu işdə üçüncü tərəf Qərb ölkələri ola bilər.

Ola bilsin ki, Rusiyanın mövqeləri zəiflədikdən sonra eyni zamanda İranın da mövqelərini zəiflətmək istəyi yaransın.

Bu, Türkiyənin regionda mövqelərini gücləndirəcək və bu da Ermənistanın maraqlarına xələl gətirir. Bütün bunları nəzərə alaraq, İran və Ermənistan regionda tarazlığı bərpa edə bilər və etməlidir” – deyə Hüseyn yekunlaşdırıb.

Daha çox göstər
Back to top button