
Avqustun 21-də “Respublika naminə” partiyasının bir qrup üzvü və tərəfdarları Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistana qarşı sərt bəyanatı onları qəzəbləndirib.
Sonuncu avqustun 20-də “Rusiya” televiziyasına verdiyi müsahibədə deyib: “Ermənilər bizdən başqa kimə lazımdır? Nümayişçilər səfirlik binasının divarlarına yumurta, kartof və pomidor ataraq “Вон из Армения!” ifadələrini səsləndiriblər







