BaşlıcaSiyasət

“Aramo” dəstəsinin komandiri: “Bizi qoy Azərbaycan qorxutmasın: Bu gün özü daha ağır vəziyyətdədir nəinki biz”

Azərbaycan bizi  qoy qorxutmasın.Bu gün o daha ağır vəziyyətdədir nəinki  biz.Bu  haqda “Aramo” dəstəsinin komandiri Aram Torqomyan  jurnalistlə söhbətində qeyd edib.

“Mən əminəm ki, bizim ölkəmizin sərhədlərini toxunulmaz saxlamaq üçün o potensial imkanımız var. Azərbaycan bizi qorxutmamalıdır, o, indiki vəziyyətdən qat-qat çətin vəziyyətdədir.

Çünki İran hər an Azərbaycana hücum edə bilər.Hesaba almaqla  İsrail bazaları Azərbaycan ərazisində yerləşdiyinə əmindir.Hər an zərbə endirə bilər.

Bizim heç bir problemimiz yoxdur, mən bu gün ehtiyatdayam, amma biz tez bir zamanda dəstə yarada,  hərbiçilərimizin yanında dayanarıq və nəinki ölkəmizin sərhədlərini   hə də daha artığına nail ola bilərik”-deyə o, qeyd edib.

Torqomyanın sözlərinə görə, bu gün bir çox ölkələr Ermənistanı silahlandırır, o cümlədən Hindistan, Fransa, Almaniya, lazım gələrsə, Rusiya da silahlandıracaq.

Daha çox göstər
Back to top button