BaşlıcaSiyasət

Şvabe Azərbaycan hakimiyyətinin bir qrup AŞPA deputatının ölkəyə girişi qadağan etməsini tənqid edib

AŞPA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe rəsmi Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi haqqında qərarını tənqid edib.

Demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir, deyə o, X sosial şəbəkəsində yazıb.

Bir müddət əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Daha çox göstər
Back to top button