“Zorats Karer” abidəsi “Azərbaycanın tarixi ərazisində yerləşən abidə” kimi təqdim olunur: Monument Watch

Son zamanlar Azərbaycan Ermənistanın suveren ərazisinə qarşı məqsədyönlü kampaniyaya başlayıb və müxtəlif mədəni tədbirlərlə ərazi istəklərini “qanunlaşdırmağa” və maddi və qeyri-maddi irsin, tarixin, şəxsiyyəti hədəfə alaraq erməni mədəni irsinin mənimsənilməsi prosesinə yeni istiqamətlər verməyə çalışır. Bu barədə Monument Watch yazır.
Avqustun 6-da Berdzorda “Diaspor Gənclərinin Beşinci Yay Düşərgəsi” çərçivəsində “Qərbi Azərbaycan İcması”nın təşəbbüsü ilə keçirilən görüş də belə bir tədbirdir. Avqustun 1-dən 7-dək keçirilən bu düşərgədə dünyanın 60 ölkəsindən 115-ə yaxın gənc iştirak edib.
Tədbir dövlətyönümlüdür və İlham Əliyevin Ermənistan ərazilərinin mənimsənilməsi siyasətini təbliğ edir. Bunun bariz sübutu Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilməsi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən təşkilati işlərdir.
Görüş zamanı “Qərbi Azərbaycan İcması” təşkilatının üzvləri Azərbaycanın Ermənistanın suveren ərazisi ilə bağlı açıq-aşkar ambisiyaları, saxta “Qərbi Azərbaycan” ifadəsi ilə bağlı çıxış ediblər. Xatırladaq ki, Azərbaycanda “Qərbi Azərbaycan” dedikdə indiki Ermənistanın bütün ərazisi nəzərdə tutulur.
Həmçinin “Qərbi Azərbaycana baxış” sənədli filmi də gödstərilib. Filmdə Ermənistanın tarixi abidələri “Azərbaycan” qədim irsi kimi təqdim olunub.
Bu dəfə Sisian rayonunda yerləşən “Zorats Karer” tarix-mədəniyyət abidəsi “Azərbaycanın tarixi ərazisindəki abidə” kimi təqdim olunur. Xatırladaq ki, bu cür tədbirlər davamlıdır və bundan əvvəlki tədbir “Qərbi Azərbaycana qayıdış” adı ilə iyunun 21-dən 22-dək keçirilən etnoqrafik festival çərçivəsində Naxçıvanda baş tutub.







