
Təsdiqlənmiş məlumatlara görə, 2024-cü ilin yanvar-iyul aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünün göstəricisini 95% üstələyərək 20 milyard 424,5 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Ermənistanın Statistika Komitəsi məlumat yayıb.
2024-cü ilin iyul ayında Ermənistanın xarici ticarət dövriyyəsi 1 milyard 995,6 milyon dollar təşkil edib. Bu ilin yanvar-iyul aylarında Ermənistandan ixrac 2023-cü ilin analoji dövrünün göstəricisini 2,2 dəfə üstələyərək 8 milyard 738,7 milyon dollar təşkil edib.
Cari ilin 7 ayında idxal 2023-cü ilin eyni dövrünün göstəricisini 79,1 faiz üstələyərək 11 milyard 685,8 milyon dollar təşkil edib. Bu ilin yanvar-iyul aylarında 1 ABŞ dolları orta hesabla 394,94 AMD-ə, iyulda isə 388,07 AMD-ə dəyişdirilib.







