BaşlıcaSiyasət

“27 oktyabr” işi üzrə ömürlük azadlıqdan məhrum edilən Aşot Knyazyan dünyasını dəyişib

“27 oktyabr” işi üzrə ömürlük həbs cəzası alan 65 yaşlı Aşot Knyazyan “Nubaraşen” həbsxanasında dünyasını dəyişib. Məlumatı Factor.am saytı ilə söhbətində Ermənistan Daxili İşlər Nazirliyinin Penitensiar Xidməti təsdiqləyib.

“Avqustun 26-da saat 19:05 radələrində təcili yardım çağırılıb. Saat 19:35 radələrində A.K-nın bioloji ölümü təcili yardım əməkdaşları tərəfindən qeydə alınıb”, – Cinayət Axtarış İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nona Navikyan məhkumun adını açıqlamayıb.

Factor.am-a Penitensiar Tibb Mərkəzindən o qədər də ətraflı məlumat verilməyib, sadəcə olaraq, Knyazyan dünən qəfil dünyasını dəyişib, qalan hallara məhkəmə-tibbi ekspertizadan sonra aydınlıq gətiriləcək. Faktla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi: adam öldürmə ilə cinayət işi başlanıb.

“Hadisə yerinə baxış keçirilib, şəxslər dindirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib. İlkin fərziyyəyə görə, məhkum qəflətən dünyasını dəyişib, ekspertiza bunu daha aydın göstərəcək”, – İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Parlamentdə terror qruplaşmasının əməlləri nəticəsində ER Parlamentinin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sargsyan və daha 6 dövlət xadimi və Parlamentin deputatları öldürülüb. Terror əməliyyatına rəhbərlik edən Nairi Hunanyan, qardaşı Karen Hunanyan, əmisi Vram Qalstyan, Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum ediliblər. Hamlet Stepanyan 14 il müddətinə azadlıqdan məhrum edilib.

Daha çox göstər
Back to top button