
“Danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.
Bayramov əlavə edib ki, Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini və 5 əsas prinsipi təqdim edib.
Buna baxmayaraq, Bayramov Ermənistan Konstitusiyasındakı mövcud müddəalarla bağlı növbəti dəfə saxta iddia irəli sürərək, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddialarının olduğunu bildirib.
Bayramov 2020-ci ilin 44 günlük müharibəsindən sonra da Azərbaycanın davamlı olaraq müxtəlif ölkələrdən silah almasına baxmayaraq, Ermənistanın müxtəlif ölkələrdən silah alması ilə bağlı etirazını da bildirib.
Ermənistan tərəfi Azərbaycan tərəfinin Konstitusiyanın dəyişdirilməsi və silah-sursat əldə edilməsinin dayandırılması ilə bağlı tələblərinə dəfələrlə cavab verib, Konstitusiyanın dəyişdirilməsi məsələsinin ölkənin daxili işi olduğunu, silahlanmanın isə hər bir ölkənin hüququ olduğunu vurğulayıb. Ermənistan silahı sırf müdafiə məqsədi ilə alır. Ermənistanın müxtəlif rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da Bayramovla görüşdən sonra danışıqlar zamanı azərbaycanlı həmkarı ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə etdiyini vurğulayıb və əlavə edib ki, Azərbaycan və Türkiyə regionda sülhün bərqərar olması üçün birgə addımlar atmağa davam edəcək.







