BaşlıcaSiyasət

Baş nazir:  “Ermənistan Azərbaycanın işğal etdiyi ərazilər üzərində suverenliyinin hərbi yolla bərpası problemi yaratmır”

Ermənistan Respublikasının 29 743 kvadrat kilometr ərazisi ümumiyyətlə hökumət üçün danışıqlar predmeti deyil, lakin digər tərəfdən Yerevan Azərbaycanın hərbi yolla işğal etdiyi ərazilər üzərində suverenliyin bərpası üçün problem yaratmır.

Alınan məlumata görə, bu haqda  Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı müxalifətin Ermənistan Respublikasının suveren ərazisinin 200 kvadrat kilometrdən çox hissəsinin işğal altında olması və respublika hökumətinin ünvanına  tənqidə cavab verərkən deyib.

 Ermənistan işğal edilən  bu ərazilərin qaytarılması üçün heç bir tədbir görmür. Paşinyan vurğulayıb ki, 29 min 743 kvadrat kilometr ərazisi olan bu ərazilər, yəni Ermənistan Respublikasının ərazisi hökumətçün sövdələşmə  predmeti deyil.

Ona görə ki, biz hesab edirik ki, artıq qəbul edilmiş sazişlər və prinsiplər sərhədlərin delimitasiyası prosesini sülh yolu ilə, danışıqlar yolu ilə, müstəsna olaraq sülh yolu ilə, danışıqlar yolu ilə həll etmək imkanı verir” – deyə Baş nazir Paşinyan vurğulayıb.

Daha çox göstər
Back to top button