BaşlıcaSiyasət

Paşinyan: “Əsir və girovların qaytarılması üçün hər gün iş aparılır”

Ermənistan hökuməti Azərbaycanda qanunsuz olaraq erməni əsir, girov və digər məhbusların geri qaytarılması üçün gündəlik iş aparır.

Verilən məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib. Paşinyan vurğulayıb ki, Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli bəyannamənin ən mühüm müddəalarından biri əsirlərin, girovların və digər saxlanılan şəxslərin qaytarılması ilə bağlıdır.

Rusiyalı tərəfdaşların Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli bəyanatından danışarkən əsir, girov və digər məhbuslar məsələsinə məhəl qoymaması onun üçün təəssüf doğurur.

 “Əgər üçtərəfli bəyannamələr əsasdırsa və biz üçtərəfli bəyannamələri dəyərləndirmək istəyiriksə, gedək, birinci maddədən oxumağa başlayaq, görün kim nə iş görməli idi, amma etmədi.

 Əsirlərin, girovların və digər həbsdə olan şəxslərin məsələsi bizi olduqca narahat edir. Bu istiqamətdə gündəlik işlər görürük. Başa düşürəm ki, bu iş gözə dəymir və bu işin xarakterik xüsusiyyəti budur” – deyə Paşinyan bildirib.

Baş nazir ötən ilin sonunda əsir götürülən 32 nəfərin geri qaytarıldığını xatırladıb və daha əvvəl gündəlik işlərin görüldüyünü qeyd etdiyini vurğulayıb.

Paşinyan qeyd edib ki, insanlar bəzən ümidsizliyə qapanır, onlarda elə təəssürat yaranır ki, əslində heç nə baş vermir, amma reallıq elə deyil.

Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyası və Azərbaycan prezidentlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 8-ci bəndində bildirilir ki, hərbi əsirlərin, girovların və digər məhbusların,  cəsədlərin mübadiləsi aparılır.

Daha çox göstər
Back to top button