
Ermənistan və Azərbaycan arasında sərhəd təhlükəsizliyi və dövlət sərhədinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə dərc edilib.
Onun ratifikasiyası haqqında Ermənistan Respublikasının qanun layihəsi ilə bağlı məsələ hökumətin qarşıdan gələn iclasına daxil edilib.
Avqustun 30-da Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamə imzalanmışdır.







