
ER Xarici işlər naziri Ararat Mirzoyan Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.
Xarici İşlər nazirliyindən verilən məlumata görə, görüş zamanı hər iki tərəf bu il elan olunmuş strateji tərəfdaşlıq gündəliyində öz əksini tapmış Ermənistan və Gürcüstan arasında bütün səviyyələrdə sıx əməkdaşlığın davamlı şəkildə genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ermənistan Respublikasının Xarici işlər naziri vurğulayıb ki, bu əlamətdar hadisə artıq formalaşmış güclü tərəfdaşlığı qeyd edir, eyni zamanda müxtəlif istiqamətlərdə yeni təşəbbüslər və əməkdaşlıq üçün yeni imkanlar yaradır.
İkitərəfli gündəliyin genişləndirilməsi baxımından həmsöhbətlər həm xarici əlaqələr komitələrinin, həm də parlament dostluq qruplarının iştirakı ilə parlament diplomatiyasının rolunu vurğuladılar.
Ararat Mirzoyan və Nikoloz Samxaradze regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu kontekstdə məlum prinsiplərə əsaslanan və “Sülh kəsişməsi” proqramında əksini tapmış nəqliyyat və iqtisadi infrastrukturların blokdan çıxarılması məsələsində formalaşan baxışa da toxunulub.
“Biz həqiqətən də mühüm yol ayrıcındayıq və regional proqramların inklüziv şəkildə həyata keçirilməsi həm iqtisadi inkişaf, həm də davamlılıq kontekstində qazancdır”- deyərək nazir Mirzoyan əlavə edib.







