İctimaiyyət

Rusiya universitetlərinin professorlarına ABŞ və İngiltərədən gətirilən dərsliklərdən istifadə etmək qadağan edilib

Rusiya universitetlərinin professorlarına ABŞ, Böyük Britaniya və digər “dost olmayan ölkələrdə” nəşr olunan ədəbiyyat və məqalələrdən imtina etmək tövsiyə olunur.

Qeyd olunur ki, bu, qeyri-rəsmidir. Xarici nəşrdən yan keçmək mümkün deyilsə, “dost” ölkədə dərc olunmaq kimi yanlış giriş məlumatlarını göstərmək lazımdır.

Qeyd edək ki, ötən il Rusiya Federasiyası Prezidenti yanında Rusiya Sosial İqtisadiyyat və Dövlət Xidməti Akademiyası humanitar ali məktəblər üçün “Rusiya dövlətçiliyinin əsasları” adlı dəsrlik hazırlayıb. Müəlliflər Vladimir Putini İosif Stalinlə, “ənənəvi dəyərləri” isə qərb ilə müqayisə edərək, onları “ölüm kultu” adlandırırlar.

Dərslikdə qeyd olunur ki, qərb dəyərləri “insanların fiziki ölməzliyini əldə etməyə” yönəlib və “insanı” orada tədricən “fərdilikdən və mənəvi keyfiyyətlərdən məhrum olan” bir insana çevrilir.

Buna alternativ olaraq, müəlliflər inanc, dövlət, ləyaqət, bilik, mədəniyyət, şəxsiyyət, sülh, xalq hakimiyyəti, milli adət-ənənə, ədalət kimi ənənəvi dəyərlər təklif edirlər.

Daha çox göstər
Back to top button