
2024-cü il sentyabrın 2-də Artsax Respublikasının 50-yə yaxın vətəndaş cəmiyyəti təşkilatı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prezidenti vəzifəsini icra edən Yan Borqa çağırış göndərib. Sənəddə xüsusilə qeyd olunur:
“Bildiyiniz kimi, Azərbaycanın Artsax Respublikası/Dağlıq Qarabağ Respublikasına və onun xalqına qarşı genişmiqyaslı hərbi təcavüzü nəticəsində 2020-ci ilin sentyabın 27-dən 2023-cü ilin oktyabrın 4-dək 150 min erməni fiziki məhv edilmə təhlükəsi altında minilliklər boyu erməni mədəni irsinin olduğu tarixi vətənlərini tərk etmək məcburiyyətində qalıblar. Hazırda Azərbaycanın hərbi təcavüzü, 10 aylıq tam blokada, etnik təmizləmə və digər soyqırım aktları nəticəsində Dağlıq Qarabağın bütün ərazisi işğal olunub.
Freedom House, International Partnership for Human Rights, Democracy Development Foundation, Helsinki Citizens’ Assembly – Vanadzor, Protection of Rights without Borders NGO, Law Development and Protection Foundation və Truth Hounds faktaraşdırıcı missiyası təsdiqləyib ki, Azərbaycan hakimiyyəti və hərbçilərin hərəkətləri, həmçinin Missiyanın hesabatında əksini tapmış və “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” başlığı ilə dərc edilmiş digər əməllər Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu, 7-ci /insanlıq əleyhinə cinayətlər/ və 8-ci maddələri /müharibə cinayətləri/ daxil olmaqla, deportasiya və əhalinin məcburi köçkünlüyü anlayışına cavab verir.
Qeyd olunan cinayət əməllərinin həyata keçirilməsindən sonra və əldə edilmiş nəticələri dəqiqləşdirmək üçün Azərbaycan rəhbərliyi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün yeganə beynəlxalq mandata malik ATƏT-in Minsk Qrupunu buraxmaq cəhdlərini dayandırmır. Azərbaycan tərəfi qeyri-qanuni niyyətlərinə legitimlik vermək üçün Ermənistandan həyasızcasına tələb edir ki, Minsk Qrupunun və təşkilatın ona aidiyyəti olan digər strukturlarının ləğvi tələbi ilə ATƏT-ə birgə müraciət etsin. Eyni zamanda, münaqişənin ən maraqlı tərəfi olan Dağlıq Qarabağ xalqının qanuni hüquqlarına məhəl qoyulmur.
Artıq dördüncü ildir ki, Azərbaycan prezidenti beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, Azərbaycan Qarabağ münaqişəsini birtərəfli qaydada “hərbi-diplomatik” yolla həll edib və Dağlıq Qarabağ kimi anlayış artıq mövcud deyil.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağ münaqişəsinin həllində gücdən stifadə edilməsinin yolverilməzliyini dəfələrlə açıq şəkildə qeyd ediblər. Azərbaycan tərəfinin yalançı nağılları və baş verənlərin qanuniləşdirilməsi siyasəti ilə razılaşmaq BMT Nizamnaməsindən, ATƏM/ATƏT-in Helsinki Yekun Aktının prinsiplərindən tamamilə imtina etmək və beynəlxalq konvensiyaların qəsdən kütləvi şəkildə pozulmasını, Azərbaycanın soyqırım əməllərini və qanunsuz istifadəsini qanuniləşdirmək deməkdir.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və digər cəlb olunmuş aktorlar dəfələrlə bəyan ediblər ki, Qarabağ münaqişəsi həll olunmamış qalır, ona görə də Dağlıq Qarabağın hərbi işğalı qanunsuzdur və ATƏT-in Minsk Qrupu öz mandatına uyğun olaraq fəaliyyətini davam etdirməlidir.
Artsax Respublikasının siyasi və vətəndaş qüvvələrinin 9 dekabr 2023-cü il tarixli beynəlxalq ictimaiyyətə müraciətində mövcud vəziyyətə qiymət verilib və xalqımızın öz torpaqlarına dinc, təhlükəsiz və ləyaqətlə qayıtması üçün beş mübahisəsiz şərt qeyd edilmişdir. Biz bir daha təsdiq edirik ki, biz nə məhv olmaq təhlükəsi şəraitində, nə sürgündə, nə də başqa fiziki və siyasi şəraitdə öz prinsiplərimizdən və Vətənimizə olan hüquqlarımızdan əl çəkmək fikrində deyilik.
ATƏT-in qəbul etdiyi qərarlara əsasən, Minsk qrupunun missiyası Dağlıq Qarabağın statusunu müəyyən etmək və münaqişə münasibətlərinin əsaslarını aradan qaldırmaqdır. 1992-ci ildə beynəlxalq ictimaiyyət Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqlarını qeydə aldı və bu ərazini mübahisəli kimi tanıdı.
Həmin ildə Ermənistan və Azərbaycan Dağlıq Qarabağın üzvlük məsələsi ilə bağlı mövcud fikir ayrılıqları faktını qəbul etmək və Dağlıq Qarabağın gələcək statusunun keçiriləcək konfransda qərar qəbul edilməsinə razılıq vermək şərti ilə ATƏM/ATƏT-ə üzv olublar. İki dövlət problemi yalnız sülh yolu ilə həll etməyi öz üzərlərinə götürmüşlər
Eyni zamanda, 1992-ci ildə ATƏM/ATƏT-ə üzv olan bütün dövlətlər Dağlıq Qarabağın seçilmiş nümayəndələrinin ATƏT-in Qarabağ münaqişəsinin həllinə həsr olunmuş beynəlxalq konfransında iştirak etmək hüququnu tanıdılar. Daha sonra Dağlıq Qarabağ rəhbərliyi Azərbaycan və Ermənistan hökumətləri ilə birlikdə münaqişə tərəfi kimi tanınıb.
Lakin Azərbaycan ATƏM/ATƏT-ə qoşulmaqla mübahisələrin sülh yolu ilə həllinə dair beynəlxalq öhdəliyini pozdu. Rəsmi Bakı Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üzrə beynəlxalq konfransın keçirilməsinə mane olmaq üçün Dağlıq Qarabağ Respublikasının mübahisəli ərazisinə qarşı qanunsuz güc tətbiq edib.
Minsk prosesinin tam əvvəlindən Minsk qrupunun üzv dövlətləri tərəfindən münaqişənin müstəsna olaraq sülh yolu ilə həlli öhdəliyinin pozulması əsas şərtə məhəl qoyulmadı. Bu cür yanaşma Azərbaycanda problemin hərbi yolla həlli əhval-ruhiyyəsini gücləndirib və danışıqlar prosesindən hərbi potensialın inkişafı, eləcə də Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi istiqamətində beynəlxalq səylərə qarşı pərdə kimi istifadə edilib.
Azərbaycanın diqqətlə planlaşdırılmış və həyata keçirdiyi hərbi təcavüzün qurbanı olan Dağlıq Qarabağ xalqı ATƏT-ə müraciət edir ki, beynəlxalq mandat üzrə öhdəliklərini layiqincə yerinə yetirsin və Azərbaycan kimi dövlətin şıltaqlığına uymasın. Bu ölkədə ermənilərə qarşı nifrəti yüksək dövlət səviyyəsində hazırlayır və tətbiq olunur.
Azərbaycan Dağlıq Qarabağın mübahisəli statusunu əvvəldən tanıyıb və bu statusun beynəlxalq konfransda müəyyənləşdirilməsinə razılıq verib. Ona görə də onun Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi probleminin mövcudluğuna məhəl qoymamaq cəhdlərinin heç bir real əsası yoxdur.
Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi və Dağlıq Qarabağ/Artsax xalqının bütün hüquqlarını müdafiə etməsi ATƏT və Minsk Qrupunun diqqət mərkəzində olmalıdır. Münaqişə zonasında heç bir hakimiyyətin transformasiyası qanuni sayıla bilməz və ATƏT-in 1992-ci il martın 24-də Helsinkidə keçirilən ATƏM Şurasının əlavə iclasında, xüsusən də ATƏT-in statusunun müəyyən edilməsi ilə bağlı müəyyən edilmiş əsas funksiyalarını dəyişdirə bilməz.
Həmin ərazinin statusu məsələsi həll olunmamış qalıb, bu da münaqişənin əsas səbəbini qoruyub saxlayır. Minsk qrupunun funksiyalarında heç bir hüquqi dəyişiklik edilməyib. Ukraynadakı müharibə ilə əlaqədar ATƏT-in Minsk qrupunun birgə işləmək istəməməsi Minsk qrupunun fəaliyyətinin dondurulması üçün bəhanə ola bilməz. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üzrə beynəlxalq konfransın hazırlanması və keçirilməsi ATƏT-in vəzifəsi olaraq qalır və öz aktuallığını qoruyub saxlayır.
Azərbaycan Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə mane olarsa, daha çox münaqişə tərəflərinə güclü təzyiqlər davam edərsə, beynəlxalq siyasət arsenalından digər tədbirlərdən, o cümlədən beynəlxalq sanksiyalardan istifadə etmək lazımdır.
Avropada təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq təşkilat ATƏT qarşısında üzərinə götürdüyü öhdəlikləri açıq şəkildə pozan, beynəlxalq hüququn fundamental prinsiplərinə məhəl qoymayan üzv dövlətlərin girovuna çevrilə bilməz.
Dağlıq Qarabağın vətəndaş cəmiyyəti öz seçdiyi nümayəndələrin ATƏT-in himayəsi altında Dağlıq Qarabağ problemi üzrə ATƏT-in beynəlxalq konfransında iştirak etmək hüququnu xatırladır və öz tələblərini, narahatlıqlarını və təkliflərini Artsax Respublikasının hakimiyyət orqanlarına və Ermənistan Respublikasının hakimiyyətlərinə çatdırır.
Sizdən ATƏT-in Dağlıq Qarabağla bağlı qərarlarına müvafiq münasibət və hörmət göstərəsməyə və tezliklə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq konfransın keçirilməsi üçün şərait yaratmağa xahiş edirik. Biz anlayırıq ki, dirsəklərinə qədər qanına qərq olmuş dövlət başçıları ATƏT-in öz qərarlarını həyata keçirməsinə mane olacaq, lakin eyni zamanda hesab edirikki, beynəlxalq təşkilat Sizin rəhbərlik etdiyiniz təşkilat bu maneəni aşmaq üçün kifayət qədər siyasi iradəyə malikdir.
Biz bir daha vurğulayırıq ki, Dağlıq Qarabağ münaqişənin həllində ən maraqlı tərəfdir. Azərbaycan öz beynəlxalq öhdəliklərini kobud şəkildə pozub. Artsax xalqının bütün hüquqlarının, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun müdafiəsi beynəlxalq ictimaiyyətin və ilk növbədə ATƏT-in vəzifəsidir.
Hörmətli cənab Prezident, xahiş edirəm bu ərizəni rəsmi sənəd kimi ATƏT-in Daimi Şurasında yaysın”.







