
Sentyabrın 5-də saat 09:55 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən sərhəd zonasının şərq hissəsində yerləşən Azərbaycan mövqelərinin atəşə tutulması barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat reallığa uyğun gəlmir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan Respublikasının baş nazirinin aparatı atəşkəs rejiminin pozulması hallarının və/və ya onlar haqqında məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, lakin Azərbaycanın hələlik buna cavab verməyib.







