BaşlıcaSiyasət

İbrahim Əzizi: “Zəngəzur dəhlizi” saxta dəhlizdir və İranın qırmızı xəttidir

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi deyib ki, “Zəngəzur dəhlizi” saxta dəhlizdir və əslində bu dəhliz adı altında İranın regionda hərbi və siyasi gücünü azaltmaq üçün bəzi layihələr var.

Jurnalistin Mehr-ə istinadən verdiyi xəbərə görə, İbrahim Əzizi Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşündə Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı son mövqeyini açıqlayıb:

 “Aydındır ki, Zəngəzur dəhlizi ilə bağlı geosiyasi proseslər region ölkələrinin maraqlarına uyğun deyil və İran bu cür qərarların nəticələrinin ağır olacağına dair illüziyalara sahib olanlara qəti şəkildə qarşıdır”- deyərək Əzizi əlavə edib, digər tərəfdən, İran İslam Respublikasının sağlam düşüncəni rəhbər tutaraq heç vaxt bölgədə gərginlik yaratmağa çalışmır və  ölkənin ərazi bütövlüyünə qarşı təhlükə yaranarsa, özünü müdafiə edəcəyini bildirib.

 O, İranın Cənubi Qafqaz regionunda baş verən prosesləri diqqətlə izlədiyini qeyd edib və vurğulayıb ki, İran dəfələrlə müxtəlif üsullarla region ölkələrinə bildirib ki, bu dəhliz onların qırmızı xətti hesab olunur və bu dəhlizdə hər hansı dəyişiklik və addım İrandan qəti və ciddi  cavab alacaq.

Daha çox göstər
Back to top button