
Ermənistan-İran sərhədi sülh və dostluq sərhədidir və heç bir qüvvə onu poza bilməz, – Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani ilə görüşü zamanı deyib.
Bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
“İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşdə İran İslam Respublikasının beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı mövqeyini vurğulayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Ermənistanın ərazi bütövlüyünə sadiqliyinə və beynəlxalq sərhədlərin toxunulmazlığı məsələsində İran İslam Respublikasının mövqeyinə görə minnətdarlığını bildirib”, – məlumatda deyilir.
Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan və İran sərhədi “sülh, dostluq və dinc yanaşı yaşama” sərhədidir və Ermənistan İran İslam Respublikası ilə münasibətlərə xüsusi önəm verir.
“Görüş zamanı ikitərəfli münasibətlərə dair məsələlər də müzakirə edilib, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – səfirliyin məlumatında deyilir.
. دبیر شورای امنیت ملی ارمنستان: مرز ارمنستان و ایران مرز صلح و دوستی است و هیچ نیرویی نمی تواند آن را قطع کند. #مهدی_سبحانی سفیر #جمهوری_اسلامی_ایران در #ارمنستان با آرمن گریگوریان دبیر شورای امنیت ملی ارمنستان دیدار و گفتگو کرد. در این دیدار سفیر جمهوری اسلامی ایران موضع…
— IRI Embassy in Armenia (@iraninyerevan) September 9, 2024







