
Strateji qərarlar Təhlükəsizlik Şurasında qəbul edilir və sənədləşdirilir. Bu haqda Baş nazir Nikol Paşinyan parlamentdə hökumət sual-cavab iclasında “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın Ermənistan Respublikasının önəmliklərinin hansı fundamental sənədlərdə təsbit edildiyi və dövlətin hansı addımlar atması barədə sualını cavablandırarkən deyib.
“Təhlükəsizlik Şurasında strateji sənədlər əsasında qərarlar qəbul edilir və sənədləşdirilir. Lakin dəyişən dünyada siyasətimizə düzəliş etmək üçün yeri və platformanı vurğulamaq istərdim.
Göründüyü kimi, prosesslər baxımından belə alındı ki, bu yer Ermənistan Respublikasının parlamenti oldu və məncə, sizin qeyd etdiyiniz problemlər hökumət proqramının icrası ilə bağlı illik hesabatda öz əksini tapıb.
Mənim təxminlərimə görə, 2021, 2022, 2023 və 2024-cü illərdə bu müzakirə zamanı çox mühüm söhbətlər aparılıb. Hökumətin hesabatında isə siyasi düzəlişlərin məzmunu və onların səbəbləri də öz əksini tapıb. Bizim də bu zalda həmçinin düzəlişlər barədə danışmaq imkanımız oldu” – deyə Paşinyan bildirib.
O, qeyd edib ki, hökumət milli təhlükəsizlik strategiyasının hazırlanması üzərində intensiv işləyir. “Ancaq, milli təhlükəsizlik strategiyasının məzmunu formalaşdırılmalı və yeni institutların orta dairə əməkdaşları onu kağız üzərində qoymalıdır, əksinə yox.
İndi bu, intensiv şəkildə baş verir , açıq şəkildə yox”-deyərək Paşinyan yekunlaşdırıb.







