BaşlıcaSiyasət

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Ermənistana gələcək

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot sentyabrın 18-19-da Ermənistana səfər edəcək. Almaniyanın Ermənistandakı səfirliyindən əldə olunan məlumata görə, tədbir çərçivəsində Ermənistanda siyasi islahatlara dəstək, Ermənistanın Avropa Birliyi  ilə yaxınlaşması, Azərbaycanla sülh danışıqları və Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti müzakirə olunacaq.

Eyni zamanda Maykl Rot da mətbuat konfransı keçirəcək. Gündəliklə bağlı digər təfərrüatlar hələlik məlum deyil.

Daha çox göstər
Back to top button