BaşlıcaSiyasət

ER suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında bütün yolları açmağa hazırdır

“Sülhün kəsişməsi” layihəsi deməkdir ki, Ermənistan öz ərazisindən keçən bütün mümkün yolların açılmasına hazırdır.

“Armenpress” xəbər verir ki, bunu Nikol Paşinyan İkinci Dünya Erməni Sammitində xarici və daxili təhlükəsizlik mühiti ilə bağlı müzakirələr zamanı deyib.

“Syunik, Tavuş, Geğarkunik, Vayots Dzor ilə biz bütün mümkün yerlərdə yollarımızı təmin etməyə hazırıq. Yollar Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, yurisdiksiyasına tabeçilikdən yan keçmədən və ya zərər vermədən fəaliyyət göstərməlidir, yəni bütün dünya ölkələrində olduğu kimi․

Biz regional kommunikasiyaların açılmasından danışanda Azərbaycanın cavabı o idi ki, çox yaxşı, əgər Ermənistan istəməsə, biz o layihələri İran ərazisində həyata keçirəcəyik. Əvvəla, bir daha rəsmi şəkildə qeyd etmək istəyirəm ki, Ermənistan İranla eyni şərtlərlə eyni keçidləri istəyir və təmin etməyə hazırdır. Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini istisna etmirik və bunu ikitərəflilik məntiqində dərk edirik”, – Paşinyan bildirib.

Daha çox göstər
Back to top button