
Regionallaşma siyasəti qətiyyən anti-Qərb olmayıb, bizim Qərb siyasətimiz isə heç vaxt anti-regional olmayıb, bunlar balanslaşdırılmışdır.
Bu haqda, sentyabrın 18-də Ermənistanın ikinci Dünya erməni sammitinin panel müzakirəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Biz balanslaşdırma dedikdə, bu həm də regiondakı tərəfdaşlarımızla işləmək, regiondankənar tərəfdaşlarımızla işləmək deməkdir, həm Qərblə, həm də uzaq Asiya ölkələri ilə işləmək deməkdir: Yəni, Çin, Yaponiya, Cənubi Koreya və s.
Erməni ictimai diskursunda belə bir inam var ki, Qərblə münasibətlər kontekstində demokratiyamızı qorumaq olar. Ancaq xatırlatmaq istəyirəm ki, Ermənistan 2018-ci ilin inqilabını və 2021-ci ilin çox çətin siyasi proseslərini ən çətin geosiyasi şəraitdə keçirdi.
Ermənistanın demokratiyası ona görə uğurlu oldu ki, Ermənistan xalqı demokratik yaşamaq istəyirdi. Heç kim bizim demokratiyaya kənardan qərar verməyəcək. Bu, yalnız bizim qərarımızla olacaq.
Hesab edirəm ki, bizim demokratiyanı xarici mühitlə əlaqələndirmək çox yanlışdır. Xarici mühiti birləşdirən kimi böyük uğursuzluğa düçar olacağıq” – deyə Armen Qriqoryan bildirib.
“Uğursuzluğumuz nə idi? Əsas təhlükəsizlik sisteminin mexanizmi bu idi. Təhlükəsizliyə təhlükə yaranarsa, Moskvaya zəng edin, başqa yol və mexanizm yoxdur. İndisə belə deyil, qərarları birinci qəbul edən bizik” – deyərək Təhlükəsizlik Şurasının katibi bildirib.







