
Ermənistan Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin aşkar etdiyi 41 nöqsandan 40-nı aradan qaldırıb, sonuncu nöqsanı aradan qaldırmaq prosesindədir, bundan sonra avropalı tərəfdaşları növbəti yoxlamaya dəvət edəcək.
Bu barədə Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Dünya Erməni Sammiti çərçivəsində məlumat verib.
“Avropa aviasiya sektorundan olan həmkarlarımız bizə baş çəkib araşdırma aparanda qeyd etdilər ki, həmin sektorun bəzi təhlükəsizlik məsələlərini bu sayda insanla kifayət qədər təmin etmək mümkün deyil. Onlar 41 müxtəlif çatışmazlıqlar barədə məlumat veriblər, lakin onlar daha çox işçilərin sayı ilə bağlı olub. Lakin həmin 41 nöqsandan 40-ı aradan qaldırılıb”, – nazir deyib.
Hökumət Ermənistanın aviasiya sektorunu Aİ-nin qara siyahısından çıxarmağa çalışır. Onlar sonuncu qüsuru aradan qaldırmaq prosesindədirlər, bundan sonra avropalı tərəfdaşlar 2020-ci ilin iyun ayından etibarən növbəti audit aparmaq üçün Ermənistana dəvət olunacaqlar.







