
Bu gün İsveçrə Milli Parlamentinin ermənipərəst deputatı Erix Fontobelle digər 15 deputatın imzası ilə birlikdə İsveçrənin icra hakimiyyətlərinə Artsax ermənilərinin qaytarılması və hüquqlarının bərpası üçün yazılı müraciət imzalayıb.
Gələn bazar ertəsi, sentyabrın 23-də icra hakimiyyəti parlament sədrinin aşağıdakı suallarına cavab verməlidir.
– İsveçrə Dağlıq Qarabağ ermənilərinin öz vətənlərinə qayıtmaq və orada öz müqəddəratını təyinetmə hüququndan istifadə etmək hüququnu tanıyırmı?
– İsveçrə nümayəndə heyəti COP29-da Dağlıq Qarabağda etnik təmizləmə və onun sakinlərinin geri qayıtmaq hüququnu irəli sürmək niyyətindədirmi?







