BaşlıcaSiyasət

NYT: “İsrail xüsusi xidmət orqanları partlayışdan əvvəl peycerlərə ərəb dilində mesaj göndərib”

İsrail xüsusi xidmət orqanları daha çox insanı onları üzlərinə yaxınlaşdırmağa təşviq etmək üçün cihazları işə salmazdan əvvəl Livan peycerlərinə ərəbcə mesajlar göndərib.

Bu barədə “The New York Times” İsrail kəşfiyyat mənbələrinə istinadən məlumatlandırıb.

Onlar bildiriblər ki, peycerlər ilə mesajların Hizbullah şiə hərəkatının yüksək rəhbərliyi tərəfindən göndərildiyi güman edilir.

Nəşrin qeyd etdiyi kimi, Livan “xaosa qərq olandan” sonra xəstəxanalar yaralılarla dolub, təkcə “Hizbullah” döyüşçüləri deyil, mülki şəxslər də zərər çəkib.

Daha çox göstər
Back to top button