
Almaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Klaudiya Buş, Almaniya Parlamenti və Fridrix Ebert Fondunun nümayəndə heyətinin üzvləri bu günlərdə Avropa İttifaqının Ermənistandakı İcevan şəhərində yerləşən müşahidə missiyasında olublar.“Armenpress”in məlumatına görə, bu barədə missiyanın X mikrobloqunda yer alan yazıda qeyd olunub.
“Ötən həftə Almaniyanın Ermənistandakı səfiri Klaudiya Buşu, Almaniya Parlamentinin və Fridrix Ebert Fondunun nümayəndə heyətini İcevanda qəbul etmək şərəf idi”, – Aİ-nin müşahidə missiyası öz yazıda qeyd edib və əlavə edib ki, tərəflər arasında son sərhəd delimitasiyası prosesi və missiyanın işləri ilə bağlı səmərəli müzakirə aparılıb.







