
Dağlıq Qarabağla bağlı mübahisələr Sovet İttifaqı dağılandan bəri davam edir. 2022-ci ilin sonu və 2023-cü ilin oktyabr ayları arasında münaqişənin kəskinləşdiyi vaxtda yüz mindən çox insan mühasirədə idi. Bu vaxt yardım göstərmək və onları təxliyə etmək üçün yalnız Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə icazə verildi.
Avqustun sonunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi Azərbaycanın humanitar təşkilatın işinə mane olduğunu açkar edib. Azərbaycan yeni bürokratik və maddi-texniki problemlər yaradır, həmçinin hərəkətə birbaşa qadağa qoyur.
“Məqaləmizin əsasında BQXK-nın Dağlıq Qarabağda işləmiş keçmiş yüksək rütbəli məmuru ilə müsahiədir. Mətni dərc etməzdən əvvəl hekayəsinin təfərrüatlarını BQXK karvanlarının hərəkəti ilə bağlı insayder məlumatları, bölgədən reportajlar, yerli sakinlərin, təşkilatın digər əməkdaşlarının və dövlət rəsmilərinin ifadələri ilə yoxladıq.
Bundan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi bəyanat yayaraq OCCRP araşdırmasını “qərəzli, əsassız və tamamilə həqiqətə uyğun olmayan” adlandırıb. Qeyd olunub ki, bu Azərbaycana və beynəlxalq təşkilatın yerli bölməsinə qarşı yönəlib. Eyni zamanda, Azərbaycanın Qızıl Aypara Cəmiyyəti Qızıl Xaç Cəmiyyətini OCCRP materialını pisləməyə çağırıb.
Lakin çərşənbə günü BQXK-nın Cenevrədəki qərargahından alınan məktubda deyilir ki, “2023-cü ildən bəri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə keçirilən çoxsaylı görüşlərdə vurğulanıb ki, onun fəaliyyəti və ictimai bəyanatları fundamental prinsiplərinə [BQXK-nın] uyğun olmalıdır”.
Qurum nümayəndələri qeyd ediblər ki, bu məsələ ilə bağlı dialoq davam edir”.







