BaşlıcaSiyasət

Əliyev Yerevanın təkliflərini “primitiv və qeyri-adekvat” adlandırıb

“Bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olmuşdur və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı, yəni, bu işdə tərəqqi var idi. Bunu biz necə var, elə də deməliyik. Amma bununla yanaşı, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük.

Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər. Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”.

Bu fikirləri sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisinin iclasında bildirib və əlavə edib ki, “Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir”.

Qeyd edək ki, bundan əvvəl baş nazir Nikol Paşinyan Yerevanın sülh müqaviləsinin 16 maddəsindən razılaşdırılmış 13-ü imzalamağa hazır olduğunu bəyan edib. Əliyev indiki vəziyyətdə yeganə adekvat yanaşmanın qeyri-adekvat olmasının nədən ibarət olduğunu izah etməyib. Həqiqətən sülhü bərqərar etmək istəyən ölkə belə bir fürsəti əldən verməzdi. Bundan əlavə, diplomatik münasibətlərin qurulması qalan məqamların tezliklə həllinə töhfə verə bilər. Amma digər tərəfdən, sülh müqaviləsinin imzalanması gücdən istifadə etməyi və qarşı tərəfə təzyiq göstərmək üçün güc təhdidini xeyli çətinləşdirəcək. Aydındır ki, indiki mərhələdə sülh Bakının xeyrinə deyil. Ona kapitulyasiya lazımdır.

Daha çox göstər
Back to top button