
İran üçün Syunikdən keçən yola hətta Rusiyanın nəzarəti də qəbuledilməzdir, ona yalnız Ermənistan nəzarət etməlidir, çünki bu, Ermənistanın ərazisidir.
Bu barədə iranlı analitik Puya Hüseyni “NEWS.am”ə müsahibəsində bildirib.
“Lavrovun Ermənistan ərazisindən keçən dəhlizlə bağlı açıqlamalarına dair İrandan sərt açıqlamalar olub. Tehran öz təhlükəsizlik məsələlərində mövqeyini heç kimə verməyəcək”, – o vurğulayıb.
Ekspert əlavə edib ki, özəl şirkətlərin yola nəzarət etməsi də Tehran üçün qəbuledilməzdir, çünki bu şirkətlərin arxasında hansı ölkələrin dayandığı bəlli deyil. Və burda kəşfiyyat məlumatlarının toplanması təhlükəsi var.
“İranın masada təkcə bəyanatları yox, digər alətləri də var, buna öz maraqlarını qorumaq və Ermənistanı dəstəkləmək üçün hərbi variant da daxildir.
İran və Ermənistanın təhlükəsizlik sahəsində ümumi maraqları var, tərəflər təlimlər keçirə və Ermənistanın sərhədlərinə hücum olarsa, İrana qanuni tədbirlər görməyə imkan verəcək sənədlər imzalaya bilərlər.
Eyni zamanda, Tehran ərazi bütövlüyü prinsipi çərçivəsində kommunikasiyaların blokadadan çıxarılmasını alqışlayır. İran güclü Ermənistanın olmasında maraqlıdır və hətta hərbi-texniki dəstək verməyə hazırdır. Bu, Ermənistanın özünü müdafiə edə bilməsinə gətirib çıxaracaq. Bu da İranın böyük regional müharibəyə cəlb olunma risklərini azaldacaq.
İran Azərbaycanın əldə etdiyi İsrail silahlarından yaranan təhlükələrdən xəbərdardır və istənilən ssenariyə hazırdır. Tehranda elan edirlər ki, İran üçün təhlükəyə çevrilən istənilən ölkə onun silahlı qüvvələri tərəfindən hədəfə alınacaq”, – Puya Hüseyni bildirib.
O onu da qeyd edib ki, İran və İsrail hibrid müharibə vəziyyətindədir. İsrailsə terror aktı törədib, bir neçə dəqiqə ərzində Livanda 5 min insanı öldürməyə çalışır.
“İsrail bütün qırmızı xətləri pozaraq İrana və onu dəstəkləyən qüvvələrə başqa seçim qoymadı. İran artıq bəyan edib ki, İran səfirinə hücum cavabsız qalmayacaq. Onu da nəzərə almaq lazımdır ki, HƏMAS-ın siyasi bürosunun rəhbərinin öldürülməsinə görə heç bir cavab addımı olmayıb. Cavab gözlənilməz bir zamanda və gözlənilməz bir yerdə olacaq” – ekspert vurğulayıb.
Ekspert hesab edir ki, İsrail regionda vəziyyətin sabitliyinin pozulmasından, İsrail İranı, daha sonra ABŞ-ı, daha sonra isə bütün regionu müharibəyə sürükləməkdən faydalanır.
“Bunu nəzərə alaraq İran öz addımlarını hesablayır”.
Puya Hüseyni Trampın İrana münasibətini xatırladıb. General Qassem Soleimani məhz onun prezidentliyi dövründə öldürülüp.







