Başlıcaİctimaiyyət

Ermənistanda orta ömür uzunluğu 77,7 ildir – Kişilər qadınlardan bir neçə il az yaşayır

Ermənistanda orta ömür uzunluğu 77,7 ildir. Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsinin dərc etdiyi son məlumatlarda deyilir.

Qadınlar orta hesabla şəhərdə 81 il, kəndlərdə 80 il yaşayır. Orta ömür uzunluğu baxımından kişilər qadınlardan xeyli geri qalırlar.

Şəhər əhalisi arasında kişilərin orta ömür uzunluğu 73, kənd yerlərində isə 74 ildir. Son onilliklərdə Ermənistanda orta ömür uzunluğu artıb. 2000-ci ildə orta ömür uzunluğu 72,9 il, 2022-ci ildə 75,1 il olub. 2023-cü ildə isə 2022-ci illə müqayisədə orta ömür uzunluğu 2,6 il artıb.

Daha çox göstər
Back to top button