
ER xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 26-da Nyu-Yorkda üçtərəfli görüş keçirəcəklər.
Bundan əvvəlki görüş iyulun 10-da Vaşinqtonda NATO-nun yaradılmasının 75-ci ildönümünə həsr olunmuş sammit çərçivəsində baş tutub.
Tərəflər sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair tarixi sazişin bağlanması istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi qeyd ediblər və işi davam etdirmək barədə razılığa gəliblər.







