BaşlıcaSiyasət

Pezeşkian: “İran Prezidentinin birinci müavini yaxın bir neçə gün ərzində Ermənistana səfər edəcək”

İran Prezidentinin birinci müavini yaxın bir neçə gün ərzində Ermənistana səfər edəcək, bu haqda ölkə Prezidenti Məsud Pezeşkian bildirib.

“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, İqtisadiyyat naziri Özbəkistandadır və Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır.

Yaxın günlərdə birinci müavinim Pakistana və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu məsləhətlər insanlara daha yaxşı həyat yaşamağa kömək edəcək.

14-cü hökumət Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiya axtarır. Biz söz verdiyimiz kimi Şərq və Qərblə milli maraqlar əsasında əməkdaşlıq edəcəyik” –  deyərək  İran Prezidenti sosial şəbəkədə X mikrobloqunda yazıb.

Daha çox göstər
Back to top button