BaşlıcaMədəniyyətSiyasət

“Tarixin qəsdən silinməsi”: Azərbaycan Dağlıq Qarabağda erməni irsini məhv edir – NOS

Hollandiyanın NOS nəşri işğal olunmuş Artsaxda Azərbaycan tərəfindən erməni mədəni irsinin dağıdılması ilə bağlı “Tarixin qəsdən silinməsi” sərlövhəli məqalə dərc edib.

Məqalədə deyilir: “On minlərlə etnik erməni etnik təmizləmədən qorxaraq Dağlıq Qarabağı tərk etdikdən bir il sonra onların keçmiş mövcudluğunun sübutları getdikcə daha az görünməyə başlayır”.

NOS-un təsdiq etdiyi peyk fotoşəkillərinə görə, bir çox abidələr, binalar, qəbiristanlıqlar və hətta bütün kəndlər tamamilə dağıdılıb.

Utrext Universitetinin irs məsələləri üzrə professoru Gerjan Pletz qeyd edib ki, müharibədən sonra azərbaycanlılar Dağlıq Qarabağa köçüb və binalar bir-birinin ardınca sökülür. Bu proses daha əvvəl, 2020-ci ildə, Azərbaycan altı həftəlik müharibədən sonra ərazinin bir hissəsini ələ keçirəndən sonra başlayıb. ACLED məlumat toplama layihəsinə əsasən, 2021-ci ildən bəri etnik ermənilərin tarixi, dini, siyasi strukturlarının və yaşayış yerlərinin dağıdılması ilə bağlı 80-ə yaxın hadisə qeydə alınıb. 2023-cü ilin sentyabrından bu göstərici yalnız artıb. Mədəni irsin bu şəkildə məhv edilməsi erməni mədəniyyətinin bu bölgədən yavaş-yavaş yoxa çıxması deməkdir.

“Mədəni irsin məhv edilməsi düşmənin tarixini qəsdən silmək üsuludur”, – Pletz deyib.

Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağdakı dağıntılar təkcə peykdən çəkilən fotolarda görünmür, həm də Azərbaycan əsgərləri tərəfindən lentə alınıb. Videolardan birində Azərbaycan əsgərlərinin erməni kilsəsinə necə girərək dağıntılar törətdiyi göstərilir.

“Torpaq hüquqlarının qanuniləşdirilməsi üçün mədəni irsdən də istifadə olunur. Onu məhv etməklə siz bir etnik qrupu həmin yerdəki tarixi köklərindən məhrum edirsiniz”, Pletz əlavə edib.

NOS-un qeyd etdiyi kimi, bu ərazidə əsrlər boyu dayanmış tikililərin sökülməsi ilə tarixin bir hissəsi silinir.

Daha çox göstər
Back to top button