
Oktyabrın 1-də ER xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə görüşüb.
ER Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həmsöhbətlər ikitərəfli gündəlik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu kontekstdə, xüsusən də xarici siyasət idarələri arasında vaxtaşırı siyasi məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.







