
Rusiyanın “Sputnik Armenia” saytı Ermənistan Parlamentinin sədri Alen Simonyanın COP-29 beynəlxalq sammitində Ermənistan-Azərbaycan sülh müqaviləsinin mümkün imzalanması ilə bağlı bəyanatını təhrif edib vəvə səhv təqdim edib.
Belə ki, oktyabrın 1-də Parlamentin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə sülh müqaviləsinin imzalanması məsələsinə toxunaraq qeyd edib ki, siyasi iradə olduğu halda bu gün razılaşdırılmış məqamların imzalanmasında heç bir problem yoxdur.
“Əgər Azərbaycanın doğrudan da ərazi ambisiyaları yoxdursa, Azərbaycanın lideri həqiqətən də regionda sülh istəyirsə, top çoxdan Azərbaycanın meydanındadır və biz Azərbaycanın və rəsmi Bakının cavabını gözləyirik, sülh müqaviləsini hansı platformada imzalayacağıq, onu necə imzalayacağıq, harda təklif edəcəklər ki, müzakirə edək.”, – Simonyan qeyd edib.
“Müxtəlif beynəlxalq tərəfdaşlar platformalar təklif edir və bu, növbəti mesajdır ki, beynəlxalq ictimaiyyət gözləyir. Eyni COP 29-da mən təsəvvür etmək istəyirəm ki, COP 29-da Bakıya səfər edəcək beynəlxalq tərəfdaşlar bu müqavilə haqqında danışsın, Azərbaycanda olan hərbi əsirlərdən danışsın, Azərbaycan Prezidentinin ER-ə qarşı ərazi tələblərindən danışın. Mən başa düşmək istəyirəm ki, bu, Azərbaycan üçün bu qədər maraqlıdırmı və buna ehtiyac varmı?”, – deyə o bildirib.
Alen Simonyan onu da qeyd edib ki, bir saat ərzində Azərbaycan prezidenti məşhur rabitə vasitələri ilə əlaqə saxlayaraq deyə bilər: gəlin imzalanma formatını və yerini müzakirə edək, Ermənistan tərəfi də imza atacaq.
“Əgər Azərbaycan COP 29-u Ermənistan-Azərbaycan sülh müqaviləsi və əsirlərin azad edilməsi haqqında çıxışa çevirmək istəyirsə, bu, seçim məsələsidir”, – Simonyan jurnalistlərə bildirib.
Rusiyanın “Sputnik Armenia” mətbuatı Simonyanın sülh müqaviləsi ilə bağlı fikirlərini təqdim edərək, ona tamam başqa düşüncə ilə yanaşıb və yazır: “Erməni tərəfi, Parlamentin sədrinin sözlərinə görə, Bakıda keçiriləcək COP-29 iqlim sammiti çərçivəsində sənədin imzalanmasının əleyhinə olmazdı”.

“Sputnik Armenia” yuxarıdakıları rus dilinə tərcümə edib. Bu mətn “Sputnik Azərbaycan” teleqram kanalında da dərc olunub.

Sonradan Azərbaycanın bir sıra xəbər KİV-lərində eyni məzmunlu yanlış fikir yayılıb.
Belə ki, Rusiyanın “Sputnik Armenia” saytı Ermənistan və Rusiya platformalarında yalnış və təhrif xarakterli məlumatlar yayıb, rəsminin demədiyi fikri Parlamentin sədri Alen Simonyana aid edib.







