Ötən həftə BMT idarəsində yüksək səviyyəli təşkilatlar və BMT nümayəndələri ilə müxtəlif görüşlər təşkil etdik, bu görüşlərdə yeganə söhbət COP29 və Azərbaycanda insan hüquqlarının pozulması olub.
Bu barədə “Hayastan 2041” xeyriyyə Fondunun həmtəsisçisi Noubar Afeyan, oktyabrın 2-də “Hayastan 2041” Fondunun Matenadaranda keçirdiyi mətbuat konfransında məlumat verib.
“Bu, COP29-a qədər danışıqların yeganə mövzusu azərbaycanlı və erməni əsirlərinin azad etmək üçün nə etməli olduğumuzdan olub.
Bu yazı Azərbaycanda böyük səs-küyə səbəb oldu. İngilis qəzetləri bu hay-küyü bir neçə qəpiklə çap etməyə hazırdır ki, ermənilər COP29-u pozmaq üçün nə edirlər.
Spyurk (diaspor) erməniləri və xüsusilə də mən. mənim adım bir düşmən kimi geniş yayılmışdı.
Odur ki, deyəsən, gələcəkdə Azərbaycana istirahətə gedə bilməyəcəm” – deyə Afeyan gülümsəyərək qeyd etdi.
“Bütün bunların nəticəsi Ruben (Ruben Vardanyan-qrup) və başqalarının buraxılması olsa, yaxşı olar. Azərbaycan artıq müxtəlif jurnalistlərin və hüquq müdafiəçilərinin Bakıda keçirilən COP29-a getməsinə qadağa qoyub, çünki onlar orada mənfi fikirlər səsləndiriblər hansı ki, hansı ki, Azərbaycanın əməllərinə aiddir”.







