BaşlıcaSiyasət

Baş nazir: “Sülh müqaviləsi üçün Azərbaycanın hər dediyinə görə strategiyamızı dəyişməməliyik”

Azərbaycanla sülh müqaviləsinin məzmunu beynəlxalq səviyyədə tanınmış prinsiplər çərçivəsində olmalıdır və bu istiqamətdə ardıcıl işləmək lazımdır.

 Alınan məlumata görə, parlamentdə hökumət üzvləri ilə sual-cavab sessiyası zamanı Baş nazir Nikol Paşinyan bu barədə açıqlama verib.

Xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan tərəfindən Ermənistanla bağlı hərbi planların olduğu ilə bağlı bəyanatına toxunan Paşinyan qeyd edib ki, bu cür təhlillər mövcuddur, lakin Ermənistanın qəbul etdiyi strategiyadan kənara çıxmaq lazım deyil.

“Biz bir strategiya qəbul etmişik və bu strategiya ilə ardıcıl getməliyik. Azərbaycan nə deyir, nə demir – demirəm ki, bunlara məhəl qoymamalıyıq, amma digər tərəfdən, bu o demək deyil ki, Azərbaycanın hər dediyinə görə strategiyamızı dəyişməliyik.

 Xeyr, strategiyamız dəyişməməlidir və biz sülh gündəliyini irəli aparmalıyıq, elə etməliyik ki, sülh müqaviləsi imzalansın.

Azərbaycanın yeni mövzular ortaya atması onu göstərir ki, bəli, Azərbaycan sülh müqaviləsi imzalamağa o qədər də meyilli deyil və bizim siyasi vəzifəmiz ümumi mühiti və atmosferi dəyişməkdir ki, sülh müqaviləsinin imzalanması real olsun” – deyyə Paşinyan vurğulayıb.

Baş nazirin fikrincə, Azərbaycanın bəyanatlarının məqsədi Ermənistanın öz strategiyasından yayındırmaqdır.

“Biz strategiyamızdan kənara çıxmayacağıq – bu bəyanatlar daxildə və ya xaricdə olan qüvvələr tərəfindən səslənsə də fərq etməz.

Mən sülhü sülh gündəliyinin ardıcıl, yorulmadan, prinsipial şəkildə və yayındırılmadan həyata keçirilməsi ilə təmin edirəm” – deyərək Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button