
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Tigranaşen kəndinin delimitasiya prosesi çərçivəsində guya Azərbaycana təhvil veriləcəyi barədə müxalif sahədə yayılan şayiələrə toxunub.
“Armenpress”in məlumatına görə, jurnalistlərlə keçirdiyi brifinqdə Kostanyan vurğulayıb ki, Tigranaşenlə bağlı danışıqlar Ermənistan Respublikasında sabitliyi pozaraq müxtəlif xarici qüvvələrin gündəliyinə xidmət edir.
“Ermənistan Respublikasının suveren ərazisinin delimitasiyası prosesi nəticəsində bir kvadrat metr də heç kimə təhvil verilməyib və delmitasiya prosesinə gəlincə, o, öz adi məcrasına gedəcək”, – deyə xarici işlər nazirinin müavini bildirib.







