
Hakimiyyətdə olan “Mülki müqavilə” parlament fraksiyasının katibi Artur Hovhannisyan “sülh sazişi”nin imzalanmasından sonra Bakının Ermənistana hücum qərarı verməyəcəyinə əmin deyil.
Oktyabrın 3-də Parlamentdə keçirilən ənənəvi brifinqdə jurnalistlərə müraciət edən Hovhannisyan deyib: “Düşünəcəkdiniz ki, Rusiya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaqla ona hücum edəcək?”.
Onun sözlərinə görə, jurnalistlər sadəcə olaraq cavabı olmayan suallar verirlər. “Biz dəyişən dünyada yaşayırıq və sabah nə olacağını heç kim bilmir. Biz hər şeyi edirik ki, Ermənistan Respublikası vətəndaşları öz regionlarında dinc yaşasınlar. Nəyin baş verməyəcəyi ilə bağlı proqnozlarla məşğul ola bilmərik. Biz real siyasətlə məşğuluq və hər şeyi edirik ki, istiləşmə təhlükəsi olmasın”, – deputat qeyd edib.







