BaşlıcaSiyasət

ER parlamentinin  müxalif deputatı Azərbaycanın külli miqdarda silah almasından narahatdır

Ermənistan parlamentinin müxalifətçi “Pativ unem” fraksiyasının katibi Tiqran Abrahamyan qeyd edir ki, Azərbaycan kifayət qədər böyük həcmdə silah alır.

Alınan məlumata görə, deputat bu barədə parlamentdə keçirilən brifinqdə bildirib. “Azərbaycan kifayət qədər böyük həcmdə silah alır. Əvvəlki dövr – şərti olaraq 2017-2020-ci illərlə müqayisədə, 2021-2024-cü illər dövründə Azərbaycanda təkcə iri həcmli alışlar həyata keçirilmir, həm də modellər və həcmlər baxımından məlumatlar olduqca məxvidir.

 Bu, Azərbaycanın təhlükəliliyini, xüsusən də Azərbaycan daimi olaraq güc tətbiqinin öz gündəmində qaldığını bəyan edərkən  daha da proqnozlaşdırılmaz edir” – deyə Abrahamyan bildirib

O, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ əhalisinin geri qayıtması məsələsi və Azərbaycanın qaldırdığı, belə adlandırılan qaçqınların qayıtması məsələsi bərabər səviyyədə müzakirə olunmalı məsələlər deyil, bunu eyni müstəvidə müzakirə etmək olmaz və bu barədə müxtəlif beynəlxalq xadimlər də danışıb.

Daha çox göstər
Back to top button