BaşlıcaSiyasət

Mirzoyan: “Biz dəfələrlə gecikmədən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğumuzu bildirmişik”

Biz dəfələrlə Azərbaycanla sülh sazişini gecikdirmədən imzalamağa hazır olduğumuzu bildirmişik. Bu barədə Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Frankofoniya Təşkilatının 45-ci Nazirlər sammitində bəyan edib:

İlk növbədə, Frankofoniya Nazirlər toplantısına və qarşıdan gələn sammitə ev sahibliyi etdiyinə görə Fransa Respublikasını təbrik etmək istəyirəm.

Hörmətli həmkarlar,

Bugünkü dünya hadisələri həqiqətən də böyük narahatlıq doğurur. Biz geosiyasi mürəkkəb bir dövrdə yaşayırıq, hansı ki, artan münaqişələr və böhranlarla, çoxtərəfli institutların və beynəlxalq hüququn üstünlüyünün zəifləməsi ilə xarakterizə olunur.

Bizim təşkilatımız, üzvlərinin coğrafi və mədəni müxtəlifliyi, əsas dəyərləri, humanitar, təhsil, mədəniyyət, ətraf mühitin mühafizəsi və qadınların irəliləməsi ilə bağlı qabaqcıl gündəmləri ilə bu çağırışlara qarşı durmaq üçün kifayət qədər potensiala malikdir.

Hörmətli həmkarlar,

Ermənistan Frankofoniya regionundakı böhran vəziyyətləri, onların həlli və sülhün möhkəmləndirilməsi ilə bağlı qətnaməni alqışlayır, burada biz Frankofoniya regionunda mövcud təhlükəsizlik təhdidlərinə ətraflı toxunmağa nail olmuşuq və onların aradan qaldırılması yollarını göstərmişik.

Qətnamənin, 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstək verməsini vacib hesab edirik.

Qətnamə, həmçinin 2024-cü il aprelin 19-da Protokolda təsdiq edilmiş prinsiplər əsasında dövlət sərhədinin delimitasiyası istiqamətində əldə olunan tərəqqini alqışlayır və bölgədə nəqliyyat əlaqələrinin açılmasını suverenlik, milli yurisdiksiya, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq təşviq edir.

Ermənistan bölgədə daimi sülhün bərqərar olunması ilə bağlı gündəmi irəli aparmağa yönəlmiş səylərini davam etdirməyə sadiqdir.

Biz dəfələrlə Azərbaycanla sülh sazişini gecikdirmədən imzalamağa hazır olduğumuzu bildirmişik. Əminəm ki, Frankofoniya ailəsinin sülh prosesinə dəstəyi ona müsbət təsir göstərəcəkdir”.

Daha çox göstər
Back to top button