
44 günlük müharibədən sonra Azərbaycanın hərbi gücünün artırılması Ermənistana qarşı yönəlməyib. Bunu NEWS.am ilə görüşdə politoloq Arqişti Kiviryan deyib.
“44 günlük müharibədən sonra Bakının qəfildən silahlanmağa başlaması, müxtəlif hərbi hazırlıqları daha böyük intensivliklə həyata keçirməsi onun ambisiyalarının qat-qat böyük olduğunu göstərir.
Xüsusilə, hadisələr İranın irimiqyaslı hərbi zərbələrə məruz qalması ssenarisi üzrə inkişaf edərsə, aydındır ki, Qərb bloku və İsrail İranın parçalanmasına nail ola biləcəklərini proqnozlaşdırırlar və bu halda bir nömrəli ərazi benefisiarları Azərbaycandır. Belə olan halda Azərbaycan İranın şimalını almağa ümid edir.
İran total zərbələrlə vurularsa, hədəflərdən biri də odur ki, İran bir daha ayağa qalxmasın. Və bunun üçün onu bölmək lazımdır. Anti-İran düşərgələrinin məqsədi İranı etnik zəmində müəyyən etməkdir. Azərbaycan orada qondarma azərbaycanlıların məskunlaşdığı nəhəng bir parçanı qoparmağa çalışacaq”.







