BaşlıcaSiyasət

Qərbin Cənubi Qafqazdakı məqsədləri ilə bağlı Rusiyanın FTX rəhbərinin açıqlamaları Aİ-də yalan və manipulyasiya kimi qiymətləndirilib

Avropa İttifaqının xarici siyasi xidmətinin rəsmi nümayəndəsi Piter Stano Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun Qərbin Ermənistanı Bakı ilə sülh danışıqlarını ləngitməyə sövq etməsi və Ermənistan-Azərbaycan nizamlanması prosesinə rəhbərlik etmək və NATO kontingentinin Cənubi Qafqazda yerləşdirilmək niyyətində olması barədə bəyanatına cavab verib.

“Armenpress”in müxbirinin Bortnikovun açıqlamaları ilə bağlı sualını cavablandıran Stano qeyd edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərinin şərhləri cəfəngiyyatdır: “Bu şərhlər tamamilə cəfəngiyyatdır, Ermənistana verdiyi vədləri və onun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə dəfələrlə uğursuzluqları ört-basdır etməyə çalışan Rusiya rejiminə xas olan yalan və manipulyasiyadır”, – Stano bildirib.

Daha çox göstər
Back to top button