
ER parlamentinin nümayəndə heyəti hazırda Dublində keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) payız sessiyasında iştirak edir.
Məclisdə Ermənistan nümayəndə heyətinin rəhbəri, parlamentin xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan çıxış edib.
Xanım sədr,
ATƏT-in əsas mandatlarından biri Minsk Qrupu həmsədrləri çərçivəsində Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə davamlı çərçivə təmin etmək olub.
Təəssüf ki, bu səylər davamlı sülhün təmin edilməsi üçün kifayət etmədi və bölgəmiz 30 illik müharibə və dağıntılar yaşadı. Dağlıq Qarabağdan ermənilərin zorla çıxarılması, erməni mədəni irsinin məhv edilməsi və hərbi əsirlər problemi qarşımızda duran acı reallığı əks etdirir.
Bu məclis bütün bunlara şahidlik edib, Ermənistan və Azərbaycan arasında müzakirələr və qarşıdurmalar üçün platforma olub.
Ancaq bu gün mən bu münaqişənin uzun tarixinin səhifəsini çevirmək istəyilə buradayam.
Mən ehtiyatlı nikbinlik mesajı ilə gəlmişəm, çünki Ermənistan və Azərbaycan arasında sülh təkcə uzaq bir ümid deyil bu mümkündür, bizə əlçatandır.
Son vaxtlar Ermənistan və Azərbaycan iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında qaydaları imzalayıb və delimitasiya prosesinin əsası kimi Alma-Ata Bəyannaməsini qəbul edib.
Ermənistanın Konstitusiya Məhkəməsi bu qərarın Konstitusiyamıza tam uyğun olduğunu təsdiqləyib və biz onun yaxın həftələrdə parlament tərəfindən ratifikasiya olunacağını gözləyirik.
İndi tələb olunan növbəti həlledici addım Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır.
Hər iki ölkənin liderləri saziş layihəsinin böyük əksəriyyətinin razılaşdırıldığını təsdiqləyiblər və Ermənistan artıq razılaşdırılmış maddələri imzalamağı təklif edərək təşəbbüs göstərib.
Bu, qalan mübahisəli məsələlərin həlli yolunda mühüm addım olacaq. Bu gün İrlandiyanın keçmiş baş naziri Berti Ahernin dediyi kimi: “Sülh hadisə deyil, prosesdir.”
Bundan əlavə, Ermənistan hər bir ölkənin suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü prinsiplərinə hörmətlə, regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması şərtlərinin müzakirəsinə sadiq qalır.
Biz bölgəmizi hərbi əməliyyatlar səhnəsindən sülh kəsişmə nöqtəsinə çevirməyə çalışırıq.
Ermənistan dialoqa hazırdır, lakin biz Azərbaycanın siyasi iradəsinin narahatedici çatışmazlığını görürük. Təəssüf ki, biz hələ də bu ölkədən yeni tələblər və təhdidlər görməkdəyik. Amma bu fürsəti qaçırmağa imkan verə bilmərik.
Buna görə də, hörmətli həmkarlar, biz sizin və hökumətlərinizin davamlı dəstəyini gözləyirik.
Qlobal böhranların yaratdığı çağırışlara baxmayaraq, Cənubi Qafqaza diqqətinizi yönəldərək, möhkəm və davamlı sülhün təmin edilməsinə kömək edə bilərsiniz.
Təşəkkür edirəm” – deyə ER parlamentinin nümayəndə heyətinin rəhbəri bildirib.







